Mozambik Avropaya LNG ixracına başlayır | Banco.az

Mozambik Avropaya LNG ixracına başlayır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Mozambik Avropaya mayeləşdirilmiş təbii qaz (LNG) ixracına başlayıb.

Banco.az xəbər verir ki, Hind okeanı sahilində yerləşən və zəngin yeraltı sərvətləri ilə tanınan Afrika ölkəsi Mozambik Avropaya mayeləşdirilmiş təbii qaz (LNG) ixrac etməyə başlayıb.

Dünən yazılı bəyanatla çıxış edən Mozambik prezidenti Filipe Nyusi illərdir təbii qazın çıxarılması istiqamətində işlərin aparıldığı ölkədə artıq qaz ixracına başlanıldığını bildirib.

Qeyd edək ki, Mozambik Milli Neft İnstitutu keçən ay LNG-nin ilk daşınmasının Avropa ölkələrinə ediləcəyini açıqlamışdı.

Rusiya-Ukrayna müharibəsinin başlaması ilə enerji böhranı ilə üzləşən Avropa ölkələrinin Mozambikdən nə qədər LNG alacağı isə hələ ki, məlum deyil.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et