"Moody's" Türkiyənin bank sektorunu qiymətləndirib | Banco.az

"Moody's" Türkiyənin bank sektorunu qiymətləndirib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Kredit reytinq agentliyi “Moody's” Türkiyənin bankçılıq sektorundakı vəziyyəti qiymətləndirib.

Banco.az xəbər verir ki, beynəlxalq kredit reytinq agentliyi “Moody's” türk bankları ilə bağlı dərc etdiyi hesabatında pul siyasətinin normallaşması ilə bankların gəlirliliyində də yaxşılaşmanın olacağını bildirib.

İyunun 24-də Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) qiymətli kağızların saxlanma dərəcəsini aşağı saldığını xatırladan hesabatda aşağıdakı ifadələrə yer verilib:

“Bu addım TCMB siyasət faizini 8,5 faizdən 15 faizə qaldırdıqdan iki gün sonra atılıb. Uzun müddətdir ki, türk banklarının gəlirliliyini də aşağı salan qeyri-adi siyasətlər həyata keçirən TCMB-nin son addımları ortodoks pul siyasətinə yanaşmanı təmin edib.”

Ən sərfəli kredit üçün müraciət et

Hesabatda həmçinin mərhələli normallaşma siyasətinin bank sektorunun gəlirliliyinə dəstək olacağı da bildirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et