"Moody's" Rusiya ilə bağlı proqnoz verib | Banco.az

"Moody's" Rusiya ilə bağlı proqnoz verib

Rusiyanın büdcə kəsiri bu ilin sonunda "Rosneft"in özəlləşdirilməsi baş tutarsa ÜDM-in 3,7-3,8%-ni, əks halda 4,5-4,7%-ni təşkil edəcək. Bu açıqlamanı "Moody's" beynəlxalq reytinq agentliyinin Rusiyanın suveren reytinqi üzrə aparıcı analitiki Kristin Lindou (Kristen Lindow) bildirib. "Rosneft"in 19,5%-nin özəlləşdirilməsinin ilin sonuna qədər baş tutması gözlənilir.

Satışdan 704 mlrd. rublun (11,2 mlrd. dollar) əldə edilməsi gözlənilir ki, bu rəqəm artıq 2016-cı ilin büdcəsində nəzərdə tutulub. Maliyyə Nazirliyinin açıqlamasına görə isə, büdcə kəsiri özəlləşdirmə gəlirləri olmasa ÜDM-in 4,5%-ni təşkil edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Rusiyanın maliyyə nazirinin müavini Tatyana Nesterenko bildirib ki, "Rosneft"in səhmlərinin satışından əldə olunacaq gəlir büdcəyə 2017-ci ilin yanvar ayında daxil ola bilər. Bu səbəbdən Maliyyə Nazirliyi 2016-cı ilin büdcəsinə Ehtiyat Fondundan 1 trln. rubl (16 mlrd. dollar) vəsait köçürmək hüququna malikdir.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et