Moody's Azərbaycanın bank sektoru üzrə sabit proqnozu təsdiqlədi | Banco.az

Moody's Azərbaycanın bank sektoru üzrə sabit proqnozu təsdiqlədi

Azərbaycanın bank sistemi üzrə proqnozu sabit qalır. Bu barədə "Moody's Investors Service" beynəlxalq reytinq agentliyinin çərşənbə axşamı yayılan yeni məruzəsində deyilir.

2010-cu ilin avqustundan sabit olan proqnoz Moody's-in növbəti 12-18 ay ərzində bankların əlverişli əməliyyat mühitindən faydalanmaqda davam edəcəkləri, aktivlərin keyfiyyətinin sabit qalacağı, ehtiyatda saxlanan kapitalın kifayət qədər olacağı ilə bağlı gözləntilərini əks etdirir.

Agentlik həmçinin ümid edir ki, kreditlərə tələbat Azərbaycanda möhkəm iqtisadi artımı dəstəkləyəcək ki, bu da öz növbəsində banklara kreditləşməni və gəlirliliyi saxlamağa kömək edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Məruzədə deyilir: "Ancaq bu dəstəkləyici amillər sistemin struktur etibarilə zəif tərəfləri ilə, həmçinin iqtisadiyyatın kifayət qədər şaxələndirilməməsi, əvvəlki kimi neft hasilatından güclü asılılıq, bankların uzunmüddətli maliyyələşdirməyə məhdud çıxışı və ayrı-ayrı kontragentlərdə yüksək təmərküzləşmə ilə tarazlaşır".

Moody's analitiklərinin fikrincə, yaxın 12-18 ay ərzində neftin nisbətən sabit qiymətləri hökumətin iqtisadiyyatın qeyri-neft sektorunun artımına yönəlmiş səylərini bundan sonra da dəstəkləyəcək: "Moody's-in əsas ssenarisinə görə, 2014-cü ildə Azərbaycanda ÜDM real ifadədə beş faiz artacaq. Azərbaycanda dəstəkləyici makroiqtisadi şərait bütovlükdə sabit perspektivlərin əsasını təşkil edən əsas amil olaraq qalır".

Mənbə: trend.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç