Müəllif: Gülnar Əhmədli, Banco.az
2013-cü ildə CNBC analitiki Cim Kremer "Facebook", "Amazon", "Netflix" və "Google"dan ibarət "FANG"-ı bazarda ən yaxşı performans göstərən texnologiya şirkətlərinin adlarının qısaldılmış forması kimi populyarlaşdırdı. Qrupa 2017-ci ildə əlavə edilən "Apple" adı "FAANG" olaraq dəyişdi.
Banco.az xəbər verir ki, daha sonra 2017-ci ildə "Bank of America"nın analitiki Maykl Harnett bu böyük texnologiya şirkətləri üçün yeni bir ad irəli sürüb: "Möhtəşəm Yeddilik".
İnvestorların Amerika fond bazarında ən dəyərli və populyar şirkətləri adlandırmaq üçün istifadə etdiyi "Möhtəşəm Yeddilik"ə bu şirkətlər daxildir: "Facebook", "Amazon", "Google" "Apple", "Nvida", "Tesla" və "Microsotf". Adıçəkilən son 3 şirkət qrupda yenidir. 2022-ci ilin zəif performansından sonra və texnoloji tendensiyalardan yararlanmaqda çətinlik çəkən "Netflix" isə yeni qrupa daxil edilməyən yeganə "FAANG" şirkətidir.
Qeyd edək ki, "Möhtəşəm Yeddilik" "S&P 500"ün dörddə birindən çoxunu? "Nasdaq 100"ün isə yarıdan çoxunu təşkil edir .
"Möhtəşəm Yeddilik" şirkətlərin bazar dəyərlərinə nəzər salaq: (08/12/2023 tarixinə)
- Apple - 3,1 trilyon dollar
- Microsoft - 2.7 trilyon dollar
- Alphabet - 1.7 trilyon dollar
- Amazon - 1.5 trilyon dollar
- Nvidia - 1.1 trilyon dollar
- Meta - 839 milyard dollar
- Tesla - 760 milyard dollar
Bizi sosial şəbəkələrdən izləyin!!