Mobil internetin ən sürətli olduğu 10 ölkə | Banco.az

Mobil internetin ən sürətli olduğu 10 ölkə

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin fevral ayında mobil internetin sürətinə görə dünya ölkələri arasında birinci yeri Qətər (286.42 Mbps) tutub.

Banco.az internetin sürətini yoxlamaq üçün istifadə edilən etibarlı veb-sayt olan "Speedtest"ə istinadən xəbər verir ki, ötən ay Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) (284.21 Mbps) ikinci, Küveyt (216.96 Mbps) üçüncü olub.

143 ölkə arasında sonuncu yerdə Şərqi Timor (3.34 Mbps) qərarlaşıb. Azərbaycan isə bu siyahıda 59-cu (48.41 Mbps) olub. 

Mobil internetin ən sürətli olduğu 10 ölkə bunlardır (Fevral, 2024):

  1. Qətər – 286.4 Mbps
  2. BƏƏ – 284.2 Mbps
  3. Küveyt – 216.96 Mbps
  4. Cənubi Koreya – 173.95 Mbps
  5. Danimarka – 157.9 Mbps
  6. Çin – 144.8 Mbps
  7. Norveç – 141.4 Mbps
  8. İslandiya – 136.9 Mbps
  9. Niderland – 134.2 Mbps​
  10. Səudiyyə Ərəbistanı – 125.2 Mbps​

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et