Misir Norveç şirkəti ilə külək elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb | Banco.az

Misir Norveç şirkəti ilə külək elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Misir hökuməti Norveçin “Scatec ASA” şirkəti ilə külək elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb.

Banco.az xəbər verir k, Misir Elektrik və Energetika Nazirliyi ilə Norveçin Scatec ASA şirkəti arasında əldə olunan razılaşmadan sonra Misir Baş Nazirliyindən yazılı bəyanat yayımlanıb.

Bəyanatda müqavilə çərçivəsində hökumətin istehsal gücü 5 giqavat, investisiya dəyəri isə 5 milyard dollar olan külək elektrik stansiyasının tikintisi üçün Norveç şirkətinə Suhac şəhərində torpaq sahəsi ayıracağı bildirilib.

Vurğulanıb ki, layihə 2030-cu ilə qədər Misirin quraşdırılmış enerjinin 42 faizini bərpa olunan enerjidən əldə etmək hədəfinin reallaşmasına töhfə verəcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et