Microsoft Teams nədir, necə istifadə olunur? | Banco.az

Microsoft Teams nədir, necə istifadə olunur?

Pandemiya zamanı bəzi proqramlar daha çox istifadə olunmağa başlayıb. Populyarlığını artıran tətbiqlərdən biri, geniş istifadə olunan və işçilərin müəssisələrdə ünsiyyət qurmasına imkan verən Microsoft Teams tətbiqidir. 

Microsoft Teams işgüzar söhbətlər, iclaslar, qeydləri birləşdirən  platformadır. Microsoft tərəfindən Slack-a rəqib olaraq dizayn edilib və 2016-cı ilin noyabrında rəsmi olaraq təqdim edilib. Xidmət Microsoft Office və Skype daxil olmaqla şirkətin Office 365 abunəlik paketi ilə inteqrasiya olunur və Microsoft olmayan məhsullarla inteqrasiya oluna bilən əlavələrə malikdir.

Microsoft Teams necə endirilir və quraşdırılır?

Microsoft Teams-ı kompüterdə, iOS və ya Android cihazda, planşet və ya notbukda istifadə edə bilərsiniz. Teams tətbiqini yükləmək üçün https://www.microsoft.com/tr-tr/microsoft-365/microsoft-teams/download-app#desktopAppDownloadregion ünvanına daxil olun və quraşdırma faylını çalışdırın. Quraşdırma avtomatik olaraq həyata keçiriləcək və Teams nişanı kompüter masaüstünə əlavə olunacaq. Microsoft Teams-a mail və təyin etdiyiniz parolla daxil ola bilərsiniz.

İstifadəçilər bir Microsoft hesabı və ya Teams tətbiqinə ehtiyac olmadan Microsoft Teams-də virtual söhbətə qoşula bilərlər. Microsoft Teams-dəki ev sahibi bir veb brauzerdən əldə edilə bilən əlaqə vasitəsi ilə birbaşa insanları dəvət edə bilər. Bir söhbəti başlatmaq üçün isə Microsoft hesabına ehtiyacınız var. Giriş edib bir söhbətə başladıqdan sonra, dəvət linkinizi söhbətə qoşulmaq istədiyiniz şəxslərə göndərə bilərsiniz. Microsoft, həmçinin Teams tətbiqində 250 nəfərlik qrupla eyni vaxtda ünsiyyət qura biləcək şəkildə yenilənmələr edir.

Ən sərfəli kredit üçün müraciət et

Tətbiq, eyni zamanda telefon və kompüter arasında mövcud danışıqların fasiləsiz sinxronizasiyasına imkan verir.

ted.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et