Microsoft-dan Apple-a “SATAŞAN” yeni reklam filmi | Banco.az

Microsoft-dan Apple-a “SATAŞAN” yeni reklam filmi

Əvvəlki məqalələrimizdə “Apple” şirkətini hədəf alan reklam filmləri barəsində yazmışdıq. Bu dəfə də Microsoft firması həmin tendensiyaya qoşulub. Belə ki, şirkət yeni reklam filmində iPad – lərə sataşıb.

Həmçinin oxu: Yeni iPhone modellərinə “sataşan” reklam kampaniyaları

iPad – lərin heç vaxt kompüter ilə yarışa bilməyəcəyini vurğulamaq istəyən Microsoft eyni zamanda iPad – in daha çox uşaqlar üçün nəzərdə tutulduğunu son yayımlanan “Surface” reklam filmində açıq bir şəkildə göstərib.

Sözügedən reklam filmi kiçik bir qız uşağının nənəsi ilə birlikdə elektronika avadanlıqları mağazasına daxil olması ilə başlayır. Videoda uşaq nənəsinə, “Nənə, mənə iPad alma, o, 6 yaşım olanda yaxşı idi, ancaq indi 10 yaşım var. Mənim artıq xəyallarım böyükdür, buna görə də, əsl kompüterə ehtiyacım var.” şəklində mahnı oxuyur.

Ən sərfəli kredit üçün müraciət et

Microsoft firmasının yeni məhsulu isə “Surface Go” adlanır

Yeni məhsulunu reklam filmi ilə tanıdan Microsoft firması istəyə uyğun olaraq 4 GB və ya 8 GB RAM ilə təchiz oluna bilən məhsulunu 64 GB eMMC və ya 128 GB SSD seçimləri ilə istifadəçilərə təqdim edir. “Surface Go” noutbukları 9 saata qədər enerji saxlama qabiliyyəti ilə artıq həyatımızı daha da asanlaşdırır. Yeni xüsusiyyətləri ilə diqqətləri üzərinə çəkən Surface Go məhsulu üz tanıma xüsusiyyətinə də sahibdir. Bu xüsusiyyət kompüterinizin tanımadığınız insanlar tərəfindən istifadəsinin qarşısını alır. Bununla yanaşı Microsoft Store – dakı tətbiqlərə çıxışı təmin edən Surface Go, tətbiqlərdən ödənişsiz olaraq istifadə ediləcəyini bildirib. 

Həmçinin oxu: Bu gənc qəpiklə iPhone XS satın aldı

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et