Microsoft, Apple şirkətini bazar kapitallaşma dəyərinə görə üstələdi | Banco.az

Microsoft, Apple şirkətini bazar kapitallaşma dəyərinə görə üstələdi

Banco.az Bloomberg biznes xəbər portalına istinadən məlumat verir ki, Microsoft koorporasiyasının kapitallaşma dəyəri bazar ertəsi günü Nyu-York Fond Birjasında 812,93 milyard dollara çatıb və Apple şirkətinin 812,6 milyard dollarını aşaraq, üstələməyə nail olub. 

Portalın hesablamalarına əsasən, Microsoft səhmlərinin qiyməti bazar ertəsi günü 2.7% artaraq 105.79 dollara qədər yüksəlib. Apple səhmlərinin qiyməti isə, əksinə 0,7% azalıb. Lakin bu hal qısamüddətli olub, belə ki, 26 noyabr tarixində Apple şirkətinin bir səhmi üçün olan bu göstərici 173,01 dollar civarında yekunlaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Oktyabr ayında Apple şirkətinin bazar kapitallaşma həcmi rekord hədd 1,1 trln dollar təşkil edib. O zamandan etibarən, qiymət etibarı ilə şirkət 300 mlrd dollar (22%)  itirib. Ötən həftə The Wall Street Journal-ən dərc etdiyi informasiyaya görə, Apple daha öncə İpone X smartfonun daha əvvəl dayandırılmış istehsalını bərpa edib. Qeyd edək ki, bu ilin sentyabr ayında təqdim edilən iPhone XS və iPhone XS Max smartfonlarına olan tələbat gözləniləndən daha aşağı səviyyədədir.

Ən sərfəli krediti almaq üçün müraciət et