"Meta"nın "Twitter"ə rəqibi olan sosial media platforması "Threads" istifadəyə verilib | Banco.az

"Meta"nın "Twitter"ə rəqibi olan sosial media platforması "Threads" istifadəyə verilib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Facebook”, “Instagram” və “WhatsApp”ın sahibi “Meta” şirkəti “Twitter”ə rəqib yeni sosial media platforması olan “Threads”i istifadəyə verib.

Banco.az xəbər verir ki, bu barədə “Meta” şirkətindən rəsmi açıqlama verilib.

Açıqlamada “Threads”in “Instagram” komandası tərəfindən mətn məzmunu paylaşmaq və ictimai çatlarda iştirak etmək üçün yaradılan yeni tətbiq olduğu bildirilir.

Açıqlamada qeyd olunur ki, istifadəçilər yeni platformaya “Instagram” hesabları vasitəsilə daxil ola bilərlər.

Yeni platformada simvol limitinin 500 olduğu bildirilən açıqlamada linklərin, fotoşəkillərin və 5 dəqiqəlik videoların da paylaşıla biləcəyi vurğulanıb.

Ən sərfəli kredit üçün müraciət et

Açıqlamada “Threads”in iOS və Android sistemləri üçün 100-dən çox ölkədə mövcud olduğu və bu ölkələrdə tətbiqin App Store və Google Play Store-dan yüklənə biləcəyi bildirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et