Messi haqda yekun qərar: 252 min avroluq təzminat | Banco.az

Messi haqda yekun qərar: 252 min avroluq təzminat

İspaniya Ali Məhkəməsi “Barselona”nın hücumçusu Lionel Messi barədə yekun qərarını açıqlayıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, argentinalı superulduz təzminat ödəməklə canını qurtaracaq.

Belə ki, vergidən yayınmaqda ittiham edilən və məhkəmə tərəfindən 21 aylıq həbs cəzasına məruz qalan 30 yaşlı forvardın bu cəzası cərimə ilə əvəzlənib. Məhkəmənin qərarına əsasən, 252 min avro ödəməklə Messinin işi bağlanacaq. Onun atası Xorxe Messinin təzminat məbləği isə 180 min avro göstərilib. Prokurorluq bu qərara bağlı etiraz etməyəcək.

Ən sərfəli kredit üçün müraciət et

İspaniya qanunvericiliyinə əsasən, cəza müddəti 2 ildən az olan şəxslər həbs edilmir, təzminat ödəməklə kifayətlənirlər.

Qeyd edək ki, Lionel Messi və atası 2007-2009-cu illərdə 4,1 milyon avro məbləğində vergidən yayınmaqda ittiham edilirdi

Ən sərfəli krediti almaq üçün müraciət et