Məşhur şirkət müştərilərini ovuc xüsusiyyətlərinə görə tanımağı planlaşdırır | Banco.az

Məşhur şirkət müştərilərini ovuc xüsusiyyətlərinə görə tanımağı planlaşdırır

İndi Amazon Go mağazasına daxil olmaq üçün smartfona yüklənmiş tətbiqdən istifadə etməklə indetifikasiyadan keçmək lazımdır.

Xatırladaq ki, Amazon Go heç bir kassa, satıcı və mühafizəsi olmayan formatda kiçik mağazalardır.

Bu tamamilə avtomatlaşdırılmış satış nöqtələridir ki, alıcı sadəcə malları götürür və mağazadan çıxır.

Kompleks sistem avtomatik olaraq hansı malın rəfdən alındığını və dəyərinin nə qədər olduğunu müəyyənləşdirir.

Amazon Go - dan çıxdıqdan sonra, alıcıdan avtomatik olaraq satın alınan mallar üçün vəsaitlər silinir.

Ən sərfəli kredit üçün müraciət et

Amma Amazon şirkəti hesab edir ki, smartfon vasitəsilə identifikasiya çox uzun sürən prosesdir, bundan əlavə, proqramı cihaza yükləmək də tələb olunur.

İndi şirkət artıq patentləşdirilmiş yeni identifikasiya metodunu hazırlayır. Orada göstərilir ki, Amazon Go-ya daxil olmaq ovucu skan etməklə mümkün olacaq.

Sistem avtomatik olaraq müştərinin əl xüsusiyyətlərini yadda saxlayaraq, onu bazaya daxil edəcək. Yeni üsulun mağazalarda nə zaman çalışmağa başlayacağı məlum deyil.

Ted.az

Ən sərfəli krediti almaq üçün müraciət et