Məşhur fırıldaqçı Frank Abangnala - BİZNES TARİXİ | Banco.az

Məşhur fırıldaqçı Frank Abangnala - BİZNES TARİXİ

Frank Abangnala...dünyanın ən böyük fırıldaqçılarından biri olub. O, 5 il ərzində bütün dünyanı gəzib və ən gözəl xanımlarla dünyanın ən bahalı hotellərində qalıb. 21 yaşı olanda o, artıq 2.5 milyon dollara sahib idi. Təbii ki, o bütün bu sərvəti fırıldaqlar hesabına yığmışdı...

Dünyanın 26 ölkəsi, o cümlədən İnterpol və FBİ onu axtarırdı...
Onun anası fransızdır, atası isə Nyu-Yorkda mağaza sahibi idi. Valideynləri ayrılandan sonra fırıldaq işlərə aludə olan Frank öz istedadı hesabına böyük uğur qazanmışdı...

Əvvəlcə onu fransızlar, daha sonra isə amerikalılar həbs etdi. Amma ABŞ xüsusi xidmət orqanları bu fırıldaqçını cəzalandırmadı, əksinə, ondan istifadə etdilər....

Belə ki, Frank Abangnala FBİ Akademiyasında dərs deməyə başladı. Eləcə də, bir çox şirkətlərə fırıldaq işlərdən sığortalanmaq üçün məsləhət verdi.

Ən sərfəli kredit üçün müraciət et

1970-ci ildə o, öz həyatı ilə bağlı bir kitab yazdı. Hollivud az sonra həmin kitab əsasında film çəkməyə qərar verdi və fırıldaqçıya 250 min dollar ödədi. "Catch me if you can" (Bacarırsansa, məni həbs et) filmi beləcə ortaya çıxdı və böyük uğur qazandı. Leonardo DiCaprio fırıldaqçının obrazını sevə-sevə yartmışdı...

Bir vaxtlar FBİ-ı kimi fırıldaqçının axtarışında fəallıq göstərən zabit deyir ki, Frank Abangnala hazırda ildə 3 milyon dollar qazanır. «Mən heç həyatım boyu bu qədər pul görmədim. Ancaq o, istedadlıdır. Düzdür, o, daha heç kimi aldatmır. Ancaq istəsə hər kəsin qılığına girib pullarını qamarlaya bilər..».

Fed.az

Ən sərfəli krediti almaq üçün müraciət et