Mərkəzi Bankın yeni inzibati binasının inşaat sığortası bu şirkətə həvalə olundu | Banco.az

Mərkəzi Bankın yeni inzibati binasının inşaat sığortası bu şirkətə həvalə olundu

Mərkəzi Bankın yeni inzibati binasının inşaat sığortasını həyata keçirəcək şirkətin adı müəyyən edilib. 

Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev Prospekti, 109 ünvanda inşa ediləcək  “Azərbaycan Respublikasının Mərkəzi Bankının yeni inzibati binası”nın inşaat sığortası “Azərbaycan Sənaye Sığorta”ya həvalə olundu.

Qeyd edək ki, binanın tikinti sahəsi 33 200 m2, ümumi mərtəbə sahəsi 67 926 m2, hündürlüyü təqribən 160 metr olacaq.

“Azərbaycan Sənaye Sığorta” ASC 1996-cı ildə fəaliyyətə başlayıb,  Şirkət həm fərdi, həm də korporativ müştərilərə bir çox sığorta növü üzrə xidmətlər təklif edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et