Mərkəzi Bankın notlarına tələb gözləniləndən çox olub | Banco.az

Mərkəzi Bankın notlarına tələb gözləniləndən çox olub

Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) dövlət qeydiyyatından keçmiş, ümumi həcmi 5 mln. manat, hər birinin nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının (50100253S) yerləşdirilməsi üzrə hərrac keçirilib. 

Məlumata görə, hərraca iki investor tərəfindən iki sifariş təqdim edilib. Sifarişlərin nominal üzrə ümumi məbləği 10 mln. manat olub. Sifarişlər 98,8475 manat (14,9906%)-99,0749 manat (12,0052%) qiymət intervalında təqdim edilib. Notların rəqabətli sifarişlər üzrə kəsmə və ortaölçülmüş qiymətini 99,0749 manat (12,0052%) olmaqla AMB müəyyən edib. Bağlanılmış əqdlər üzrə hesablaşmalar bu gün həyata keçirilib. Notların nominal üzrə reallaşdırılmış həcmi 5 mln. manat olub. 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, qiymətli kağızların ödəmə tarixi 8 fevral 2017-ci ildir. 

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et