Mərkəzi Bank: Ödəniş autenti ölkədə terminalların sayının artmasına təkan verəcək | Banco.az

Mərkəzi Bank: Ödəniş autenti ölkədə terminalların sayının artmasına təkan verəcək

Hazırda ölkədə 81 min terminal var.

Bunu Mərkəzi Bankın baş direktoru Fərid Osmanov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında çıxışı zamanı bildirib.

“Bunun 55 mini Bakıda, 25 min civarında isə regionlarda fəaliyyət göstərir. Ödəniş autenti ölkədə terminalların sayının artmasına təkan verəcək. Ödəniş autenti xidməti ilə ölkənin bütün bölgələrinə çatmağı hədəfləmişik”, - deyə Fərid Osmanov vurğulayıb.

Qeyd edək ki, autentifikasiya ödəniş xidməti təchizatçısına ödəniş xidməti istifadəçisinin kimliyini və ya ödəniş alətinin, o cümlədən ödəniş xidməti istifadəçisinin fərdiləşdirilmiş təhlükəsizlik məlumatlarının istifadəsinin etibarlılığını yoxlamağa imkan verən prosedurdur.

Ən sərfəli kredit üçün müraciət et

Apa

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et