Mərkəzi Bank not emissiyasına hazırlaşır | Banco.az

Mərkəzi Bank not emissiyasına hazırlaşır

Bu gün Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Azərbaycan Mərkəzi Bankının (AMB) not emissiyasını qeydə alıb. Bu barədə Palatadan bildirilib.

Məlumatda qeyd olunur ki, Palata cari hesabat ilində emissiyası nəzərdə tutulan hər birinin nominal dəyəri 100 manat olan 6 mln. ədəd qısamüddətli notların emissiya prospektini 52S nömrəsi ilə dövlət qeydiyyatına alıb.

Ən sərfəli kredit üçün müraciət et

Bundan başqa, qurum AMB-nin hər birinin nominal dəyəri 100 manat olan 500 min ədəd dövlət qısamüddətli notlarının buraxılışını 50100152S nömrəsi ilə dövlət qeydiyyatına alıb.

Sözügedən notların tədavül müddəti 28 gündür. 

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et