Mərkəzi Bank manatı yığmaqda davam edir | Banco.az

Mərkəzi Bank manatı yığmaqda davam edir

Bakı Fond Birjasının məlumatına əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı bu gün daha 150 milyon manat vəsaiti banklardan cəlb edib. 

02 avqust 2017-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının 50100159S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi - 150 000 000 manat, bir notun nominal dəyəri - 100 manat, tədavül müddəti – 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 10 investor tərəfindən 14 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 337,394,700.00 AZN təşkil etmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Sifarişlər 99.2278 AZN (10.01%)qiymətində təqdim edilmişdir.

Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 99.2278 AZN (10.01%), orta ölçülmüş qiyməti – 99.2278 AZN (10.01%), səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilmişdir.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar 02.08.2017 (t+0) tarixində həyata keçirilmişdir

Notların nominal üzrə reallaşdırılmış həcmi 150,000,000.00 AZN manat məbləğində müəyyən edilmişdir.

Notların ödəmə tarixi 30.08.2017-ci ildir.

Ən sərfəli krediti almaq üçün müraciət et