Mərkəzi Bank "Beynəlxalq Qənaət Günü" ilə bağlı video çarxı təqdim etdi | Banco.az

Mərkəzi Bank "Beynəlxalq Qənaət Günü" ilə bağlı video çarxı təqdim etdi

Beynəlxalq Qənaət Günü hər il 31 oktyabr tarixində qeyd olunur. Bu günün keçirilməsi ilə bağlı qərar 1924-cü ildə Milanda birinci Beynəlxalq Əmanət Kassaları konqressində qəbul edilib. Bayramın məqsədi bütün dünyada əmanətlərin və qənaətin gündəlik həyatda və işdə vacibliyini vurğulamaqdır. Mərkəzi Bankın İnkişaf və Araşdırma Mərkəzinin təşəbbüsü ilə bu bayramın Azərbaycanda da qeyd olunmasına qərar verildi. Bu mötəbər gün ilə bağlı müxtəlif tədbirlərlə yanaşı Prosper Cartoon Studio tərəfindən hazırlanmış video çarx da təqdim edildi. Zamanın qısa olması ilə əlaqədar olaraq video çarx cəmi 9 gün ərzində hazır oldu. Prosper Cartoon Studio komandası 9 günə, ssenari hazırladı, animasiya və səsləndirməni yekunlaşdırdı və bu layihəni vaxtında tamamladı. Video çarxı sizin diqqətinizə çatdırırıq: 

Ən sərfəli kredit üçün müraciət et

 

 

 

 

 

facemark.az

Ən sərfəli krediti almaq üçün müraciət et