Mərkəzi Bank 600 milyon manatı dövriyyədən çıxardıb | Banco.az

Mərkəzi Bank 600 milyon manatı dövriyyədən çıxardıb

Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 149,2 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,76% təşkil etmişdir.

Mərkəzi Bank 100 milyon manat cəlb edəcəyini açıqlamışdı.

Martın 31-də Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 301,5 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,53% təşkil etmişdir. Mərkəzi Bank 200 milyon manat cəlb edəcəyini açıqlamışdı.

Martın 27-də Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 336,3 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,71 faiz təşkil etmişdi. Mərkəzi Bank 300 milyon manat cəlb edəcəyini elan etmişdi. 

Ən sərfəli kredit üçün müraciət et

Beləliklə, son 3 hərrac ilə Mərkəzi Bank 600 milyon manatı dövriyyədən çıxardıb.

Mərkəzi Bank depozit hərracları vasitəsilə dövriyyədəki manat kütləsini azaldır. Yəni, dollar alışına yönəldilə biləcək izafi manat yığılır. 

Son iki ayda dolların manat qarşısında ucuzlaşmasının əsas səbəbi Mərkəzi Bankın sterilizasiya (izafi pulun dövriyyədən çıxarılması) əməliyyatlarıdır.

©Marja

Ən sərfəli krediti almaq üçün müraciət et