Meksika Ekvadorla diplomatik əlaqələri kəsib | Banco.az

Meksika Ekvadorla diplomatik əlaqələri kəsib

Müəllif:Ayşən İmanova/Banco.az

Meksika prezidenti Andres Manuel Lopez Obrador ölkənin Xarici İşlər Nazirliyinə Ekvadorla diplomatik münasibətləri kəsməyi tapşırıb.

Banco.az xəbər verir ki, bu barədə prezident “X” sosial şəbəkəsində qeyd edib.

Bu addımın səbəbi Ekvador polisinin zorla Meksika səfirliyinə girərək qaçqın olan və üzləşdiyi təqiblər və ittihamlara görə sığınacaq istəyən Ekvadorun keçmiş vitse-prezidentini saxlaması olub.

Qeyd edək ki, Lopez Obrador hadisəni beynəlxalq hüququn və Meksikanın suverenliyinin kobud şəkildə pozulması adlandırıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et