“MasterCard” ilk kriptovalyuta kartını təqdim edib | Banco.az

“MasterCard” ilk kriptovalyuta kartını təqdim edib

“MasterCard” ödəniş sistemi və “Nexo” kriptovalyuta platforması ilk kriptovalyuta kartının istifadə verildiyini açıqlayıb.

Bu barədə”Kommersant”a istinadən xəbər verir.

“Nexo Card” adlı bu kart istifadəçinin kriptovalyuta aktivlərini xərcləmədən ödəniş həyata keçirməyə imkan verir.

Verilən məlumata görə, bu kartdan istifadə etməklə hər alış-verişdən istifadəçi cari məzənnə ilə kriptovalyutada 2%-ə qədər “cashback” əldə edəcək. Kart həm virtual, həm də fiziki formada verilir və “Apple Pay” və “Google Pay” kimi mobil ödəniş sistemləri ilə dəstəklənir.

Qeyd edək ki, “MasterCard” ödəniş sistemi çoxdandır rəqəmsal valyutalara maraq göstərir. 2018-ci ilin ortalarında o, bank kartlarından istifadə edərək kriptovalyutalarda əməliyyatlar aparmağa imkan verən ABŞ patentini alıb.

Ən sərfəli kredit üçün müraciət et

ted.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et