Mask hansı halda "Twitter”ə girişin məhdudlaşdırıla biləcəyini açıqlayıb | Banco.az

Mask hansı halda "Twitter”ə girişin məhdudlaşdırıla biləcəyini açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

İlon Mask sahib olduğu “Twitter” platformasının bağlanma ehtimalından bəhs edib.

Banco.az xəbər verir ki, amerikalı iş adamı İlon Mask bildirib ki, “Twitter” yerli hökumətlərin qanunlarına əməl etməsə, platformaya giriş məhdudlaşdırıla bilər.

Məlum olduğu kimi, Hindistanın Baş naziri Narendra Modi ABŞ səfəri çərçivəsində Nyu-Yorkda “Tesla” şirkətinin baş direktoru İlon Mask ilə görüşüb.

Mask görüşdən sonra jurnalistlərə bir sıra açıqlamalar verib.

O, “Twitter”in fəaliyyət göstərdiyi ölkələrdə yerli qanunlara riayət etməli olduğunu vurğulayaraq bildirib ki, istənilən ölkənin qanunvericiliyinə uyğun fəaliyyət göstərməkdən başqa seçim yoxdur. Əks təqdirdə, platformaya giriş məhdudlaşdırıla bilər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et