Martda Azərbaycanın ixracı və idxalı azalıb | Banco.az

Martda Azərbaycanın ixracı və idxalı azalıb

2019-cu ilin 1-ci rübündə Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 7 milyard 620 milyon 126 min dollar təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 37,4% çoxdur.

İlk rübdə idxal əməliyyatları üzrə 3 milyard 135 milyon 577 min dollarlıq, ixrac əməliyyatları üzrə 4 milyard 484 milyon 549 min dollarlıq ticarət aparılıb. Saldo müsbət 1 milyard 348 milyon 972 min dollar təşkil edib.

2018-ci ilin 1-ci rübündə Azərbaycanın xarici tcarət əməliyyatlarının həcmi 5 milyard 546  milyon 139 min ABŞ dolları, o cümlədən idxal 2 milyard 191 milyon 105 min dollar, ixrac 3 milyard 355 milyon 33 min dollar, saldo müsbət 1 milyard 163 milyon 928 min dollar təşkil etmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Ötən ilin ilk rübü ilə müqayisədə ixrac 43,1%, idxal isə 33,7% artıb.

 

FEVRAL İLƏ MÜQAYİSƏDƏ AZALMA

Martda ixrac 1 milyard 332 milyon 609 min dollar, idxal 969 milyon 202 min dollar, saldo müsbət 363 milyon 406 min dollar təşkil edib. Fevralda ixrac 1 milyard 872 milyon 316 min dollar, idxal 1 milyard 143 milyon 760 min dollar, saldo müsbət 728 milyon 555 min dollar təşkil etmişdi.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et