Mark Zukerberq şirkətin gələcəyi ilə bağlı radikal qərarlar verib | Banco.az

Mark Zukerberq şirkətin gələcəyi ilə bağlı radikal qərarlar verib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Meta” CEO-su Mark Zukerberq şirkətlə bağlı radikal addımlar atıb.

Banco.az xəbər verir ki, ABŞ-ın texnologiya nəhəngi “Meta” şirkətinin direktoru Mark Zukerberq ötən həftə süni intellektə əsaslanan səs tanıma texnologiyası şirkəti “Audio Analytic”i satın alıb. Elə həmin günlərdə digər bir qərarla smart displey (ağıllı ekran) və smartwatch (ağıllı saat) layihəsini ləğv etdiyini açıqlayıb.

Hazırda bir sıra maliyyə problemləri ilə üzləşən şirkət Kembricdə yerləşən “Audio Analytic” startapının satınalma prosesi ilə bağlı müfəssəl məlumat yayımlamasa da, sözügedən startapın “Meta”nın metakainat inkişaf bölməsi olan “Reality Labs”a inteqrasiya ediləcəyi bildirilib.

Digər tərəfdən, sosial media nəhəngi “Portal” adlanan smart displey və uzun müddətdir gündəmdə olan smartwatch  layihəsini dayandırıb. Bununla da, Mark Zukerberqin əsas investisiya axınını infranstrukturdan səs texnologiyalarına yönəltdiyi bəlli olur.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, şirkət qısa müddət əvvəl 11 mindən çox işçisini ixtisar edəcəyini də açıqlamışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et