"Mançester Yunayted" satışa çıxarılacaq | Banco.az

"Mançester Yunayted" satışa çıxarılacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Mançester Yunayted”in sahibləri futbol klubunun tam satışına gətirib çıxara biləcək strateji variantları araşdırırlar.

Banco.az xəbər verir ki, son dövrlərdə portuqaliyalı ulduz oyunçusu Kriştiano Ronaldo ilə diqqət mərkəzində olan “Mançester Yunayted” indi də satış xəbərləri ilə gündəmə gəlib.

İngiltərənin tarixi futbol klubu çərşənbə axşamı etdiyi açıqlamada klubun sahibi Qleyzer ailəsinin bu prosesdə maliyyə məsləhətçiləri ilə danışıqlar apardığını qeyd edib ki, bu da klubun qismən satışına və ya stadionun və infrastrukturun yenidən qurulmasını əhatə edən investisiyalara səbəb ola bilər.

Klub 17 il əvvəl Amerikalı Qleyzer ailəsi tərəfindən satın alınıb.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, “Mançester Yunayted”in ulduz oyunçusu Kriştiano Ronaldo dünən komandası ilə yollarını ayırdığını açıqlayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et