Manatın real məzənnəsi bahalaşır, iqtisadiyyatın rəqabətqabiliyyətinə mənfi təsir edir | Banco.az

Manatın real məzənnəsi bahalaşır, iqtisadiyyatın rəqabətqabiliyyətinə mənfi təsir edir

Azərbaycanın ticarət tərəfdaşlarının valyutalarının ucuzlaşmaları fonunda manatın ABŞ dolları qarşısında sabitliyi manatın real effektiv məzənnəsini bahalaşdırır.

Manatın real effektiv məzənnəsinin bahalaşması iqtisadiyyatın rəqabətqabiliyyətinə mənfi təsir edir.

Mərkəzi Bankın "2020-ci ilin yanvar-dekabr ayları üzrə Pul Siyasəti İcmalı"na istinadən bildirilir ki, ikitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına da təsir göstərmişdir.

“2020-ci il ərzində manatın qeyri-neft ümumi ticarət çəkili nominal effektiv məzənnəsi (NEM) 6.3%, real effektiv məzənnəsi (REM) isə 4.1% bahalaşmışdır. Qeyd edək ki, 2014-cü ilin sonu ilə müqayisədə REM 30.9% ucuzlaşmışdır ki, bu da qeyri neft-qaz sektorunun uzunmüddətli rəqabət qabiliyyətinə müsbət təsir göstərən amillərdəndir”,- İcmalda deyilir.

marja

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et