Manatın dövretmə sürəti cüzi artıb | Banco.az

Manatın dövretmə sürəti cüzi artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Cari il mart ayının 1-nə Azərbaycanın milli valyutası  manatın dövretmə sürəti 3,25 bənd təşkil edib.

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir. 

Bu göstərici 2024-cü ilin fevral ayının 1-i ilə müqayisədə 0,05 bənd artıb, 2023-ci ilin mart ayının 1-nə nisbətən isə 0,85 bənd azalıb.

Qeyd edək ki, fevral ayının əvvəlində manatın dövretmə sürəti 3,20 bənd, yanvar ayının əvvəlində isə 3,48 bənd təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et