Manat nəyi dəyişəcək? | Banco.az

Manat nəyi dəyişəcək?

"Azərbaycanın devalvasiya qərarı bu ölkənin idxalını bahalaşdıracaq. Amma bizim Azərbaycanla əlaqələrimiz çox fərqlidir".

Bunu Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi söyləyib.  Türkiyəli nazir bu addımın Azərbaycan üçün qaçılmaz olduğunu bildirib:

"Dünyada neft və qazın qiyməti ucuzlaşıb. Azərbaycanın isə qarşısını ala bilmədiyi xərcləri var idi. Bunu nizama salmaq üçün belə bir addım atmaq vacib idi. Bundan sonra Azərbaycanın daha rahat nəfəs alacağını güman edirik", - deyə N.Zeybekçi söyləyib. 

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsini 1.05 AZN, 1 Avronun rəsmi məzənnəsi isə 1,1960 səviyyəsində müəyyən edib. Həmin qərardan sonra ölkəyə idxal olunan malların qiymətində artım qeydə alınıb.

Ən sərfəli kredit üçün müraciət et

anspress.com

Ən sərfəli krediti almaq üçün müraciət et