Manat əmanəti hansı banklarda daha sərfəlidir? - Noyabr 2023 | Banco.az

Manat əmanəti hansı banklarda daha sərfəlidir? - Noyabr 2023

Müəllif: Gülnar Əhmədli, Banco.az

Əmanət faizləri əmanətin məbləğindən asılı olaraq illik hesablanır. Faizləri aylıq və ya bir ilin sonunda götürmək mümkündür. Faizlərin aylıq ödənilməsi şərtində isə illik hesablanan faizlər aylara bölünərək müştəriyə təqdim olunur. Əmanət məbləğini isə yalnız bir ilin sonunda götürmək olar. Əgər müqavilə pozularsa, yəni müştəri əmanəti vaxtından əvvəl götürürərsə, həmin məbləğin bankda qalma müddətindən asılı olaraq faizlər yenidən hesablanır. Bu zaman daha aşağı faiz dərəcəsi tətbiq olunur və ya müştəriyə tamamilə heç bir faiz ödənilmir. 

Banco.az xəbər verir ki, noyabr ayına olan məlumata əsasən, bankların əmanət faizlərində ötən ay ilə müqayisədə ciddi dəyişiklik müşahidə edilmir. Əksər bankların depozit faziləri oktyabr ayı ilə eynidir. 

Həmçinin oxu: Dollar əmanəti hansı banklarda daha sərfəlidir? - Noyabr 2023

Araşdırmamıza görə, hazırda 12 aylıq müddət üzrə ən yüksək əmanət faizlərini "Bank BTB", "AccessBank", "Bank VTB" və "Rabitəbank" təklif edir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, 1 fevral 2023-cu il tarixdən etibarən banklarda yerləşdirilən əmanətlərdən əldə olunan gəlirdən 10% vergi tutulur. Bu vergi yalnız əmanətdən əldə olunan faiz gəlirinə aiddir, yerləşdirilən əmanət məbləğinə isə heç bir vergi tutulmur. 

Bankların bir il müddətinə manatla yerləşdirilən depozitlərə aylıq və müddətin sonunda təqdim etdiyi illik faiz dərəcələri ilə isə cədvəldən tanış ola bilərsiniz. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et