Maliyyə və texnologiyanı bir araya gətirən platforma – FinTech | Banco.az

Maliyyə və texnologiyanı bir araya gətirən platforma – FinTech

Məlumat üçün qeyd edək ki, "Fintech"- «Financial Technology» ifadəsinin qısaltmasıdır. Bu anlayış, texnologiyanın maliyyə sahəsi ilə əlaqəsini ifadə edir. Mobil ödəmə sistemləri, online təcrübə vasitələri, gündəlik büdcə tətbiqləri kimi bir çox fərqli sahədə maliyyə texnologiya vəhdətini təqdim edir. FinTech — maliyyə xidmətlərin daha yaxşı, daha sürətli və daha asan reallaşdırılması məqsədilə maliyyə və texnologiyanın bir araya gətirir.

2018-ci il bankçılıq və ödəmə texnologiyalarının yüksəyə çıxdığı bir dövr olmuşdur. Təsadüfi deyil ki, son illəri maliyyə dünyasında yeni quruma keçid adlandırırlar. Xüsusilə, İngiltərədə rəqəmsal kanallar vasitəsilə bank xidmətləri göstərən fintechlərin diqqəti cəlb etdiyini, bəzilərinin isə bir milyard dollar dəyərində investisiya aldığını müşahidə etdik.

Fintech şirkətlərinin əksəriyyəti banklara bir-birini tamamlayan və dəstəkləyən xidmətlər təklif etdiyini və bunun nəticəsində bir sıra əməkdaşlıq və investisiyaların gerçəkləşdiyini gördük. BVF-nin və Dünya Bankının bir tədqiqatında fintechın maliyyə imkanlarının artırılması ilə iqtisadi artıma mühüm vasitə olduğunu vurğuladı.

Ən sərfəli kredit üçün müraciət et

2017-ci ildə “Fintech”ə 39 mlrd. dollar həcmində investisiya yatırılıb. 2018-ci ildə isə bu rəqəm 1 mlrd. dollara çatmışdır. Və bu əsasən bank və sığorta xidmətlərinin 70%-ni həyata keçirən “Fintech” şirkətləridir.

"Fintech" sahəsində innovativ texnologiyalarının tətbiqi Azərbaycanda da geniş yayılıb. Təsadüfi deyil ki, 2018-ci ilin 29 oktyabr tarixində Bakıda indiyə qədər dünyanın 20-dən çox ölkəsində reallaşdırılan Fintech həftəsi keçirilib. SUP Accelerator və Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı ilə keçirilən «Fintech Baku Həftəsi»ndə əsas diqqət son dövlər maliyyə sektoruna baş verən innovativ yeniliklərə və sürətlə inkişaf edən start-up sahəsinə yönləndirildi.

Qeyd edək ki, son 5 ildə Azərbaycan bankları maliyyə texnologiyalarının tətbiqinə, təxminən, 300 mln. manat vəsait xərcləyib. Bunun 49,8%-i yeni proqramların alınmasına sərf olunub.

Pərvanə Aslanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et