Mağaza sahibləri insanların qənaət etməsindən narahatdır | Banco.az

Mağaza sahibləri insanların qənaət etməsindən narahatdır

Müəllif - Aida İsaq, Banco.az

Rusiyanın pərakəndə satış şəbəkələri əhalinin istehlak malları alarkən qənaət etmək istəyini böyük risk adlandırıb.

Banco.az xəbər verir ki, bazar iştirakçılarının təxminən 88%i bunun istehlakçıların gəlirlərinin aşağı düşməsi ilə əlaqələndirib. Pərakəndə topdan satışı təşkil edənlərin təxminən 57%i insanların qənaət etmək qərarından, 48%i istehlakçı vərdişlərinin dəyişməsindən, 24%i isə mağazalarda müşahidə olunan müştəri azlığından narahatdır.

Biznesinin böyüməsini gözləyən sahibkarların nisbəti bir il ərzində 77%-dən 50%-ə düşüb. Ən böyük pərakəndə satış şəbəkələri də alıcılıq qabiliyyətinin azaldığını qeyd edir. Növbəti il üçün bazar iştirakçıları yalnız inflyasiya hesabına tələbin azalacağını və bazarın böyüməsinə ümid edir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, hazırda Rusiya hakimiyyət orqanları saxlama müddəti bitən qida məhsullarına əlavə dəyər vergisinin ləğvini müzakirə edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et