Loqo nədir və bilməli olduğumuz vacib detallar hansıdır? | Banco.az

Loqo nədir və bilməli olduğumuz vacib detallar hansıdır?

Müəllif: Gülbəniz Hüseynli/Banco.az

Hər bir şirkətin adını eşitdikdə ağıla ilk onun loqosu gəlir. "LOGO" - müəssisə və təşkilatıların fəaliyyətlərini və markalarını bir adla ifadə etmək üçün yaddaşlarda qalmasına təsir edə biləcək simvol görüntüsüdür.

Şirkətin korporativ stilinin ən önəmli ünsürü sayılan loqolar önəmli və xüsusi diqqət tələb edən mövzu sayılır. Yaxşı hazırlanmış loqolar istehlakçıların diqqətini cəlb edərək, brendin əsas mesajını çatdırır və rəqiblərindən fərqlənərək brendi şüura həkk edir.

Bəs loqonu seçərkən nələrə diqqət edilməlidir?

Banco.az bu barədə olan mühüm detalları təqdim edir:

Loqo yaddaşlarda qala biləcək şəkildə olmalıdır. Sadə və aydın loqoya üstünlük vermək, göz yorucu və çətin qavranılan loqo seçimindən daha məqsədə uyğundur.

Loqo şəkillə və yazı ilə birlikdə istifadə oluna, təmsil etdiyi təşkilatın, markanın xüsusiyyətlərinə və məqsədinə uyğun olmalıdır.

Loqonun dörd növü var. 

Monogram

 Bu tip loqolar uzun adların qısaldılmış formasında olur. Monogram loqoların başlıca özəlliyi olduqca sadə olmasıdır. Chanel, HP, LG, Gucci kimi markaların monoqram loqo növündən istifadə ediblər.

Ən sərfəli kredit üçün müraciət et

Loqotype

Monogram loqoya bənzədilən və bəzən qarışdırılan "Loqotype" loqolarda markanın adından ibarət olur. Coca-Cola, Google, MasterCard bu tip loqolara ən populyarıdır.

Pictorial loqo

Qrafik əsaslı bu tip loqolara misal olaraq  Apple şirkətinin loqosunu göstərmək olar. Pictorial loqolarda markanın adı deyil onu təmsil edən hər hansı bir əşya təsvir olur.

Mücərrəd loqolar.

Həndəsi fiqurlardan istidə edilərək mücərrəd loqolar hazırLanır. Nümunə olaraq: Adidas, Pepsi, BP şirkətlərinin loqolarını göstərmək olar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et