Lirə yenidən ucuzlaşıb | Banco.az

Lirə yenidən ucuzlaşıb

Tamara Mustafayeva, Banco.az

Dollar/Tl məzənnəsi yeni günə 7 səviyyələrində başlayıb.

Dünən 6.95-6.99 səviyyələrində dalğalanan Dollar/Tl məzənnəsi yeni günə 7 səviyyələrində başlayıb. Mərkəzi Bankın ötən həftə 100 ballıq proqnozdan yuxarı faiz endirməsiylə kurs 7 səviyyəsinə çatmış, çərşənbə axşamı da Nyu York birjasında 7.0077 səviyyəsində icra edilmişdi. 

Bu həftə FED və Avropa Mərkəzi Bankları faiz qərarlarını açıqlayacaq. Pandemiyanın ölkə iqtisadiyyatlarına göstərdiyi mənfi təsiri azaltmaq üçün mühüm addımlar atan mərkəzi bankların yeni addımlar atıb atmayacağı maraq doğurur. Cümə axşamı isə Türkiyə Mərkəzi Bankı da ilin ikinci inflyasiya hesabatını açıqlayacaq.

Həmçinin oxu: Lirə yeni həftədə bahalaşıb

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et