Lionel Messiyə 400 milyon dollarlıq təklif irəli sürülüb | Banco.az

Lionel Messiyə 400 milyon dollarlıq təklif irəli sürülüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Səudiyyə Ərəbistanı Lionel Messiyə 400 milyon dollar dəyərində təklif irəli sürməyə hazırlaşır.

Banco.az xəbər verir ki, Səudiyyə Ərəbistanı tanınmış futbol ulduzu Lionel Messiyə Səudiyyə Ərəbistanı Pro Liqasında oynamaq üçün illik 400 milyon dollarlıq müqavilə təklif etməyə hazırlaşır.

Messinin meneceri kimi çalışan atası tərəfindən müzakirə edilən bu müqavilə Kriştiano Ronaldonun 2025-ci ilin yayına qədər Səudiyyə Ərəbistanında oynamaq üçün imzaladığı 200 milyon dollarlıq müqavilədən xeyli yüksək olması ilə diqqət çəkir.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı bu yaxınlarda Ronaldo ilə imzaladığı müqavilə ilə yanaşı, LIV Golf liqasını maliyyələşdirib ki, ölkənin Sərvət Fondu da İngiltərənin Premyer Liqa klubu “Newcastle United”ı satın alıb. Mənbələrin məlumatına görə, Səudiyyə Sərvət Fondu idman sferasına investisiya qoyuluşuna “Formula 1” avtomobil yarışlarını da əlavə etməyi düşünür.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et