Ləğv prosesində olan bankların daşınan və daşınmaz əmlakları qiymətləndiriləcək | Banco.az

Ləğv prosesində olan bankların daşınan və daşınmaz əmlakları qiymətləndiriləcək

Ləğv prosesində olan bankların ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu daşınan və daşınmaz əmlaklar üzrə qiymətləndirmə xidmətinin göstərilməsinin satınalması üçün kotirovka elan edir.

Fonddan verilən məlumata görə, kotirovka sorğusunun əsas şərtlər toplusunu əlaqələndirici şəxsdən almaq olar.

Malların və xidmətlərin qiymət kotirovkaları qapalı zərfdə, imzalanıb və möhürlənərək, Əmanətlərin Sığortalanması Fondu, Bakı şəhəri, Babək prospekti 16 ünvanına 31 oktyabr 2017-ci il tarixə saat 17:00-dək əlaqələndirici şəxsə təqdim olunmalıdır. Zərflər 1 noyabr 2017-ci il saat 11:00-da Fondun inzibati binasında açılacaq.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: Apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et