Lari sürətlə ucuzlaşmağa başlayıb | Banco.az

Lari sürətlə ucuzlaşmağa başlayıb

Gürcüstanın milli valyutası olan larinin ABŞ dollarına qarşı məzənnəsi yenidən sürətlə enməyə başlayıb.

Bu gün saat 12:00-da "Bloomberg" ticarət platformasında 1 ABŞ dollarının dəyəri 3,2750 lari təşkil edib. Gürcüstan Milli Bankının ötən gün saat 17:00-da təyin etdiyi rəsmi məzənnəyə əsasən, 1 dollar – 3,2438 lari təşkil edib. Bir həftə öncə isə 1 dollar 3,21 lariyə bərabər idi.

Qeyd edək ki, Gürcüstan Milli Bankı larini qorumaq məqsədilə ötən gün valyuta hərracında 60 mln. dollar satışa çıxarıb. Bu, bazar tənzimləyicisinin cari il ərzində sayca 21-ci və ən irihəcmli xarici valyuta satışı olub. Ümumilikdə, Gürcüstan Milli Bankı 2020-ci ildə ehtiyatlarından 709,650 mln. dollar satıb.

APA

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et