“Kriptovalyutaları pul kimi qəbul etmirəm” - Bred Qarlinqhaus | Banco.az

“Kriptovalyutaları pul kimi qəbul etmirəm” - Bred Qarlinqhaus

Ripple-ın CEO-su Bred Qarlinqhaus XRP, Bitcoin, Ether və ya bu qəbildən hər hansı rəqəmsal tokeni pul hesab etmədiyini bildirib. O, bu haqda fikirlərini çərşənbə günü “Yahoo Finance”-ın “All Markets Summit on Cryptocurrency” adlı toplantısında açıqlayıb. Altı saat davam edən toplantı canlı olaraq yayımlanıb. Görüşün məqsədi kriptovalyutaya olan marağın və onun əsas hissəsini təşkil edən texnologiyanın müzakirəsi olub.

Yığıncaqda kriptovalyuta və blockchain texnologiyası ilə əlaqədar bir çoxx şirkət və firma iştirak edib. Onların arasında Blockchain, Afrikada mövcud olan ödəniş şirkəti “BitPesa” və banklar üçün tərtib olunmuş xüsusi bir blockchain təşəbbüskarı kimi fəaliyyət göstərən “Chain” də yer alıb.

Bankları hədəf alan digər bir layihə də Ripple-dır. XRP tokeninin əsas prinsipi ənənəvi maliyyə mərkəzlərindən daha sürətli ödənişlər etmək idi. XRP 2017-ci ildə dəyərini 32.000 % artıraraq inanılmaz rekorda imza atmışdı. Lakin Bred Qarlinqhaus özünün və digər tokenlərin aldığı ünvandan narahat idi.

“Bunu kriptovalyuta adlandıra bilmirəm. Onlar pul deyil. “Starbucks”-a və ya “Amazon”-a gedib onları istifadə edə bilmərəm. “Bu yaxınlarda Bitcoin ilə nələrsə aldım” deyən biri mütləq çıxacaq. Adətən mən də “ikinci bir əməliyyat etdinmi?” deyə xəbər alıram. Bu bir valyuta deyil. Bunlar rəqəmsal varlıqlardır. Əgər onlar real müştəri üçün real problemi həll etsələr, o təqdirdə həmin varlıqların bir dəyəri olar”.

Ancaq Ripple-ın CEO-su bəzi məhsulları almaq üçün kriptovalyutalardan istifadə edən minlərlə insanı nəzərdən qaçırır. Məsələn, İngiltərədə yerli monopoliyanın hökm sürdüyü obyektlərdə dollardan istifadə olunmur. Bu, dolların real pul olmadığını göstərir? Təbii ki, yox! Beynəlxalq valyuta yoxdur. Bununla belə, kriptovalyutalar bunu təmin edə biləcək gücdədir.

Qarlinqhausun fikrincə, rəqəmsal aktivlər yalnız biznes fəaliyyətindəki bir problemi həll etmək üçün istifadə olunduqda dəyər qazanır. Onların gündəlik istifadədə pul vahidi kimi dəyəri yoxdur. Qızıl da elektron baxımından bəzi praktik tətbiqlərə malikdir, lakin bunlar məhduddur. Ümumiyyətlə, qızıla verilən dəyər onun əsl funksionallığından artıqdır. Kağız pul və qızıl kimi əşyaların dəyəri əmiyyət tərəfindən müəyyən edilir və Bitcoin kimi qızıldan daha etibarlı hesab ediləcək aktivlərin dəyərinin yüksəlməsinin istənilməsi heç də gözlənilməz deyil. Hər kəsin bildiyi kimi, BTC şəffafdır, bölünəndir və ötürülə bilir. Bunlar onun xüsusiyyətlərindən yalnız bir neçəsidir. Bütün bunlar isə kriptovalyutaları ənənəvi pullardan daha çox pul kimi qiymətləndirmək üçün kifayətdir.

Ən sərfəli kredit üçün müraciət et

Ancaq Qarlinqhaus bu tokenlərin pul kimi dəyərləndirilməsinin kriptovalyutaların təməli gücləndiyinə görə 9 illik istifadədən sonra çox da dəyişməyəcəyini düşünür.

Bunlar da maraqlıdır:

Pulsuz Bitcoin necə qazanılır?

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et