Kriptovalyuta birjası 53 milyon dollar cərimələnib | Banco.az

Kriptovalyuta birjası 53 milyon dollar cərimələnib

Tamara Mustafayeva, Banco.az

ABŞ Maliyyə Nazirliyi "Bittrex" kriptovalyuta birjasının müəyyən ölkələrə qarşı sanksiyaları və çirkli pulların yuyulmasına qarşı mübarizə qanunlarını pozduğuna görə ümumilikdə 53 milyon dollar cərimə olunduğunu bildirib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, nazirlikdən verilən açıqlamada "Bittrex"in Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) ilə 24 milyon dollar, Maliyyə Cinayətlərinin Təhqiqat Şəbəkəsi (FinCEN) ilə isə 29 milyon dollar müqabilində razılaşma əldə etdiyi bildirilib.

Həmçinin qeyd edilib ki, "Bittrex" 2014-2017-ci illərdə Krım, Kuba, İran, Sudan və Suriya da daxil olmaqla ABŞ-ın sanksiyaları altında olan ərazilərdə yaşayanların kriptovalyuta əməliyyatları üçün platformadan istifadəsinin qarşısını ala bilməyib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et