Kriptovalyuta bazarı eniş yaşayır? | Banco.az

Kriptovalyuta bazarı eniş yaşayır?

Kriptovalyuta bazarı hazırda ümumi olaraq eniş yaşayır. “CoinMarketCap”-in məlumatlarına görə, ən böyük kriptovalyuta arasında yalnız ikisi irəliləyişdədir. Ümumi bazar həcmi 675 milyard dollar civarında müəyyən olunur və hələ də yanvarın 11-də qeydə alınan 630 milyar dollarlıq nəticədən uzaqlaşmağa çalışır.

Böyük enişlər

Bazarın nəhəngi Bitcoin 24 saatlıq qrafikdə 7 % qiymət azalması yaşayıb və indiki vəziyyətdə 13430 dollar dəyərindədir. Bitcoin dəyər itirsə də, qiyməti 22 dekabrda qeydə alınan 12850 dollardan çoxdur.

Yanvarın 12-nə qədər 20 faizə yaxın artan Ripple (XRP) 24 saat ərzində 10 faiz qiymət enişi yaşayıb.

Yanvarın 11-də “MoneyGram” ilə əməkdaşlıq etdiyini açıqlayan Ripple yüksəlməyə başlamışdı, ancaq daha sonra “MoneyGram” Ripple-ı yalnız pilot proqramında istifadə etdiyini açıqladıqda, yendən qiymət enişi yarandı. “Twitter’”-də bir istifadəçi mövzu ilə alaqədar belə şərh verib:

“Ripple-ın postu “MoneyGram” XRP-nı testdən kənar da istifadə edəcəkmiş kimi göstərməyə çalışır. Ripple illərdir bunu edir. “MoneyGram” kimi şirkətə “test” etməsi üçün vəsait ödəyirlər, ancaq əslində XRP-ni yüksəltmək üçün marketinq məhsulları satın alırlar”.

“MoneyGram”-in buna cavabı belə olub:

“Salam. Bu “MoneyGram”-dakı beynəlxalq proseslərdə test olunacaq bir pilot proqramdır və müştəri istehlakı üçün nəzərdə tutulmayıb”.

IOTA da buna oxşar bir eniş yaşayıb. Dekabrın əvvəlində IOTA-nın “Microsoft” ilə “əməkdaşlıq” etdiyinə dair fikirlər daha sonra IOTA tərəfindən açıqlanmışdı və “Microsoft”-un IOTA-nın bazarında yalnız bir “iştirakçı”olduğu bildirilmişdi. Buna baxmayaraq, IOTA-nın qiyməti bir qədər sabitləşdi.

Son 24 saata baxarkən, Cardano və TRON sırasıyla təxminən 11 və 13 faiz civarlarında eniş yaşayıb. Hazırda Cardano-nun qiyməti 0.75, TRON-un qiyməti isə 0.09 dollar dəyərindədir.

Ən sərfəli kredit üçün müraciət et

Bu gün ən ağır zərbəni isə 20-ci pillədə olan və 24 saatda 17 % enən ReiBlocks (cari qiyməti 20.37 dollar) yaşayıb. Yanvarın 12-də ilk 20-likdə olan coinlərin hamısı irəliləyişdə olarkən, yalnız ikisi geriləyirdi və onlardan biri ReiBlocks-dur.

ReiBlocks-un yaşadığı qiyət enişinin səbəbi kimi yaxın zamanda coinin veb cüzdanının riskli olduğuna dair çıxan xəbərlər göstərilə bilər.

Qazananlar

Hazırki dəyərlərə görə, son 24 saatı ən səmərəli keçirən NEO-dur. 9 % dəyər qazanan NEO bir neçə həftədir müsbət intervalda irəliləyir. “CoinMarketCap”-in məlumatlarına görə, dekabrın 24-də 52 dollar olan NEO hazırda 151 dollara qədər yüksəlib.

Günün digər bir qalibi isə 24 saatda 6 faiz yüksəliş əldə edən Ethereum Classic-dir. Hal-hazırda 42 dollar olan Ethereum Classic-in yaşadığı bu yüksəlişin səbəbi kimi Bitcoin və Ethereum Classic üçün investisiya fondu olan “Grayscale”-in idarə heyətinin sədri Mixael Sonnenşeyndir. O, yanvarın 12-də “CNBC”-yə verdiyi açıqlamada Ethereum Classic-ə əsaslanan rəqəmsal valyutanın gələcəyi haqda danışıb.

Bitcoin və digər kriptovalyutalar haqqında ətraflı saytımızın Kriptovalyutalar bölməsində -  Kriptovalyutalar

Kriptovalyuta birjaları haqqında daha ətraflı 

Mənbə: kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et