Kredit portfeli 46% artan bank | Banco.az

Kredit portfeli 46% artan bank

Ötən ilin sentyabr ayı ilə müqayisədə Bank Technique-nin cəmi kredit portfeli 45,9%, xalis kredit portfeli isə 53,4% artmışdır.

Bu barədə, Bankın rüblük maliyyə hesabatlarına istinad edən, Banco.az saytı xəbər verir.

Bank Technique 2014-cü ilin 3-cü rübünə olan maliyyə nəticələrini açıqlayıb.

Rəqəmlərə əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə  Bankın aktivləri 29,6% (133 647 min), kredit portfeli isə 45,9% (142 938 min) artaraq, müvafiq olaraq 584 608 min AZN və 454 174 min AZN təşkil edib.

Kredit portfeli dedikdə - overdraftlar da daxil olmaqla, müştərilərə verilən kreditlərin və lizinqlərin cəmi məbləği nəzərə alınıb. Xalis kredit portfelinin həcmi isə, cəmi kredit porfelindən kredit və lizinqlərdə olan mümkün zərərlərin ödənilməsi üçün ayrılmış məqsədli ehtiyatları çıxmaqla tapılır.

Ən sərfəli kredit üçün müraciət et

Bankın müştəri depozitləri 31,7%, fiziki şəxslərin bankdakı müddətli depozitləri isə 56,9% artıb.

Lakin ötən ilin analoji dövrü ilə müqayisədə Bankən cəmi kapitalı 5,2%, cari ilin mənfəəti isə 46% azalıb. Baxmayaraq ki, bankın xalis faiz mənfəəti ötən illə müqayisədə 96% daha çox olub.

Digər rəqəmlər ilə daha ətraflı şəkildə cədvəl və diaqramda tanış ola bilərsiniz. 

Ən sərfəli krediti almaq üçün müraciət et