Kredit portfeli 20% artmışdır | Banco.az

Kredit portfeli 20% artmışdır

Unibank-ın kredit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 19, 9 % faiz artaraq, cari ilin sentyabr ayında 676 415 min azn-ə çatmışdır.  Bu barədə Bankın rüblük hesabatlarına istinad edən Banco.az saytı məlumat verir.

Bankın müştəri seqmentinin əsas hissəsini yenə də fiziki şəxslər təşkil edir. Belə ki, kredit portfelinin  74,58%-ni fiziki şəxslərə verilən kreditlər tutur, ötən il müvafiq rəqəm 74,15% idi.

Ən sərfəli kredit üçün müraciət et

Buna rəğmən Bankın regionlarda verdiyi kreditlərin həcmi ötən illə müqayisədə 8% artmışdır və hazırda regionlara verilən kreditlər kredit portfelinin 30,7%, Bakı şəhərində verilən kreditlər isə 69,3%-ni təşkil edir. Ötən ilin analoji dövründə isə həmin rəqəmlər 22,9% və 77,1% idi.

Ən sərfəli krediti almaq üçün müraciət et