Korrupsiya və iqtisadi inkişaf arasında əlaqə varmı? | Banco.az

Korrupsiya və iqtisadi inkişaf arasında əlaqə varmı?

Korrupsiyanın iqtisadi inkişafla əlaqəsini necə başa düşməliyik? Bəzi insanlar iddia edir ki, korrupsiya bürokratik maneələri aradan qaldırmaqla iqtisadiyyatın inkişafına təkan verir. Digərləri isə korrupsiyanın biznes xərclərini artırdığı üçün iqtisadi inkişafa mane olduğunu düşünür. Məsələni aydınlaşdıqmaq üçün ÜDM göstəricilərinin də əks olunduğu unikal korrupsiya indeksinə nəzər sala bilərsiniz.

Dünyada Korrupsiyanın Hazırkı Vəziyyəti

Korrupsiya Qavrama İndeksi və ÜDM (2017)

Cədvəldə iki növ məlumat birlikdə təsvir edilmişdir. Məlumatlardan biri “Beynəlxalq Şəffaflıq” təşkilatının dünya üzrə 180 ölkəni əhatə edən korrupsiya qavrama indeksidir (2017). Korrupsiya qavrama indeksi ölkələri 0-100 balla qiymətləndirir və bu göstəricilər ekspert və biznesmenlərdən aparılan sorğulara əsasən müəyyən edilmişdir. Digəri isə Dünya Bankının hesabatına əsasən hər bir ölkənin iqtisadiyyatının həcmini göstərən ÜDM göstəriciləridir.

Cədvəldəki ən yüksək və ən aşağı göstəriciləri müqayisə edək. Korrupsiyanın yüksək olduğu ölkələr, məsələn, İraq (198 milyard dollar), Anqola (124 milyard dollar), Sudan (117 milyard dollar) kimi kiçik iqtisadiyyata sahib ölkələr 0-20 balla qiymətləndirilmişdir. Almaniya (3.68 trilyon dollar), Birləşmiş Krallıq (2.62 trilyon dollar) və Kanada (1.65 trilyon dollar) kimi dünyanın ən böyük iqtisadiyyatına sahib ölkələr isə korrupsiyanın aşağı olduğu ölkələr sırasındadır. Bu o deməkdir ki, inkişaf etmiş ölkələrdə korrupsiya göstəricisi aşağıdır, lakin bəzən istisnalar da mümkündür. Bariz görünən istisna Çindir ki, 12.24 trilyon dollar dəyərində nəhəng iqtisadiyyat endemik korrupsiya ilə üzləşib. Əlbəttə ki, bu göstəricinin səbəblərindən biri Çinin əhalisinin çox olması və həmçinin “xüsusi iqtisadi zonalar” – da istehsala yönəlməsidir. Biz bunu sadəcə ağıllı korrupsiya adlandıra bilərik.

Ən sərfəli kredit üçün müraciət et

Cədvəldə həmçinin Qərb ölkələri ilə bağlı təəccübləndirici məqamlar da əks olunmuşdur. Məsələn, İtaliya ilə Səudiyyə Ərəbistanı, Cənubi Afrika və Malayziya eyni kateqoriyada yer almışdır. Amerikanın əsas strateji tərəfdaşı və NATO üzvü olan 800 milyard dollarlıq iqtisadiyyata sahib Türkiyə korrupsiya göstəricisinin ən yüksək olduğu ölkələrdən biridir. 1.15 trilyon dollar dəyərində iqtisadiyyata sahib olan Meksika da dünyanın ən çox korrupsiya hallarının yaşanıldığı ölkələrdən biridir. Təbii ki, prezident Donald Trampın yeni ticarət razılaşması bu problemlərin bəzilərinin aradan qaldırılmasını hədəfləyir.

Həmçinin oxu: Dünya iqtisadiyyatında hansı ölkə ağalıq edir?

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et