Korporativ bayram açıqçalarına nə yazmaq lazımdır? | Banco.az

Korporativ bayram açıqçalarına nə yazmaq lazımdır?

Müəllif: Tamara Mustafayeva, Banco.az

Hər il çoxumuzun səbirsizliklə gözlədiyi Yeni ilə bircə gün qalıb. Bayram yaxınlaşdıqca istər fərdi olaraq, istərsə də çalışdığımız müəssisədə işlər, hazırlıqlar çoxalır. Əgər bu işlərə əlavə olaraq bir də əməkdaşlıq etdiyiniz korporativ müştərilərə bayram açıqçaları da göndərmək sizin öhdəliyinizdədirsə, o halda mütləq bilməli olduğunuz bəzi nüansları diqqətinizə çatdırmaq istərdik.

Banco.az təqdim edir:

Əvvəla qeyd edək ki, təbrikinizi həm şirkət və ya təşkilat loqosu ilə əvvəlcədən çap edilmiş kağızlarda əl yazısı ilə yaza, həm də elektron formada yazıb çapa edə bilərsiniz.

Ancaq əsas çətinliyin düzgün təbrik formasını və üslubunu, həm səmimi, həm də rəsmi cümlə quruluşunu seçmək olduğunu nəzərə alsaq, aşağıdakılara mütləq əməl etməli olduğunuzu deyə bilərik:

Ümumi cümlələr seçin. Nəzərə alsaq ki, təbrik ünvanlandığınız insanlar bu bayramı müxtəlif səbəblərdən qeyd edə, ya da ona müxtəlif mənalar yükləyə bilərlər, odur ki, daha ümumi cümlələrə üstünlük verin.

Ən sərfəli kredit üçün müraciət et

Pozitiv və ruhlandırıcı olun. Bayram mövsümünün əsas mənası olan pozitivliyin, ruhlandırıcı motivlərin əhəmiyyətini xatırladacaq səmimi ifadələrdən istifadə edin.

Peşəkar olun. Unutmayın ki, yazdığınız təbrik şirkətinizi və ya təşkilatınızı, onun missiyasını və xarakterini əks etdirməlidir.

Əgər daha kiçik müəssisənin adından təbrik ünvanlayırsınızsa, o halda daha səmimi üslub seçə bilərsiniz. Hətta rəhbərliyin adından xüsusi bir qeyd də əlavə etsəniz, yerinə düşər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et