Könüllü sığorta 15% azalıb, icbari sığorta isə 10% artıb | Banco.az

Könüllü sığorta 15% azalıb, icbari sığorta isə 10% artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 285 milyon 604 min manat sığorta haqqı toplanılıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasının aylıq statistikasına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,6% azdır.

Son 1 ildə icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə 9,5% artaraq 137 milyon 328 min manat olub.

Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 109 milyon 988 min manat təşkil edib ki, bu da illik müqayisədə 2,3% çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 16,3% artaraq 44 milyon 644 min manata çatıb.

Beləliklə, 2019-ci ilin yanvar-iyul aylarında könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 38,5 manatı qədər ödəniş edilib. Bu rəqəm 2018-ci ilin yanvar-iyul aylarında 32,15 manat olub. Son 1 ildə icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 30,6 manatdan 32,5 manata qalxıb.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç