Köhnə model Ferrari REKORD qiymətə satıldı | Banco.az

Köhnə model Ferrari REKORD qiymətə satıldı

Bəzi əşyalar və əmlaklar var ki, zamanla daha çox dəyər qazanırlar. Belə əşyalar arasında avtomobillər xüsusilə seçilir. Buna misal olaraq yaxın zamanlarda satışa çıxarılan Ferrari 250 GTO modelini misal göstərmək olar. Hansı ki, bu maşın Meksikada keçirilən hərracda satışa çıxarılmışdı.  Avtomobil hərracda 48.4 milyon dollara satılmış və ekspertlər avtomobilin daha baha qiymətə olduğunu demişdilər. Ekspertlərə görə Ferrarinin qiyməti 60 milyon dollardır. Bloombergin qiymətləndirməsinə görə avtomobil  satışına görə dünya rekordunu yeniləyib.

Ən sərfəli kredit üçün müraciət et

Əvvəlki rekord 2014-cü ildə qeydə alınmışdı və o 1963-cü ilə mənsub Ferrari 250 GTO-dur. 2014-cü ildə maşın 38.1 milyon dollara satılmışdı.

Köhnə modellərin belə baha olması bir çoxlarına absurd gəlsə də bu sahə ilə maraqlananların mövzu ilə bağlı kifayət qədər məlumatı var. Bilməyənlər üçün bildirək ki, avtomobili belə bahalı edən həmin seriyanın 1953-1964-cü illərdə cəmi 36 ədəd buraxılması ilə əlaqədardır.

Nəcibə Yusifova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et