Kəskin ucuzlaşmış neftin qiyməti yenidən bahalaşmağa başlayıb | Banco.az

Kəskin ucuzlaşmış neftin qiyməti yenidən bahalaşmağa başlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Neft bazarlarında yenidən dəyər artımı müşahidə olunur.

Banco.az xəbər verir ki, ABŞ-ın mümkün tənəzzül ehtimalı fonunda 7,2 faiz ucuzlaşan neft bərpa olunaraq itkilərin böyük qismini qaytarıb. 

Neft fyuçersləri qeyri-iş günlərinin başa çatması ilə Çin investorlarının əməliyyatlara qayıdışından sonra volatil dinamika izləsə də, ardınca reallaşan xaotik açılışla əvvəlcə 2021-ci ilin dekabrından bəri ən aşağı səviyyəyə düşüb, daha sonra yenidən bahalaşmağa başlayıb.

1,18 faiz bahalaşan ABŞ xam neftinin bir bareli hazırda 69,41 dollara satılır.

Ən sərfəli kredit üçün müraciət et

Brent markalı neftin bir bareli isə 1,48 faiz bahalaşmaqla 73,40 dollara çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et