KASKO sığorta üzrə yığımlar 30% artıb | Banco.az

KASKO sığorta üzrə yığımlar 30% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanın sığorta şirkətləri avtonəqliyyat vasitələrinin könüllü sığortası (KASKO) üzrə 2023-cü ildə 54 milyon 871 min manat sığorta haqqı yığıblar.

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Hesablamalarımıza görə, bu, 2022-ci illə müqayisədə 12 milyon 774 min manat və ya 30.3% çoxdur.

Hesabat dövründə sığorta ödənişlərinin məbləği isə 3.7 milyon manat və ya 21.9% artaraq 20.4 milyon manata çatıb. 2022-ci ildə bu növ üzrə yığımların məbləği 42.1 milyon manat, ödənişlərin məbləği isə 16.7 milyon manat olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et