Karantin dövründə evdən işləyənlər nələrə diqqət yetirməlidir? | Banco.az

Karantin dövründə evdən işləyənlər nələrə diqqət yetirməlidir?

Aida İsaq, Banco.az

Koronavirus epidemiyası səbəbindən bütün dünyada insanlar demək olar ki, özlərini evə həbs ediblər. Ölkəmizdə də vəziyyət çox fərqli deyil. Təbii ki, bir çoxumuz işlərimizi evdən davam etdirmək məcburiyyətindəyik. Bu dəyişikliyə alışmaq asan deyil. Bəs bu zaman nələrə diqqət yetirməliyik?

Banco.az karantin dövründə fiziki və mənəvi sağlamlığınızı qorumaq üçün diqqət yetirməniz önəmli olan bəzi məqamları sizə təqdim edir.

İmmunitet sisteminizi gücləndirin

Əgər ünsiyyət qura biləcəyiniz insanlar yoxdursa, immunitet sisteminizi daha da gücləndirməniz mütləqdir. Tədqiqatlara görə, zəif sosial münasibətləri olan insanlar fiziki xəstəliklərə daha çox həssasdırlar. Buna görə də, özünüzü təcrid etdiyiniz müddətdə immunitet sisteminizi güclü tutmalısınız. Vitamin qəbul etmək və məşq etmək kimi üsullar çox faydalıdır. Ayrıca musiqi dinləmək və ya film izləmək immunitet sistemini gücləndirməyə kömək edə bilər.

Gününüzü planlayın

Müəyyən zaman çərçivəsində təcrid olunmaq insanların zehni sağlamlığı üçün xoşagəlməz nəticələr verə bilər. Qütb bölgəsində uzun müddət işləyən insanların bir müddət sonra depresiyadan, əsəbdən çətinlik çəkdikləri bildirilir.

Koronavirus səbəbiylə görülən tədbirlər çərçivəsində evdə vaxt keçirəcəyimiz dönəm bir o qədər də uzun dövrlü və sərt təcrid olmayacağını düşünsək də, hər kəsin bu dövrü xoşbəxt keçirəcəyini gözləmək reallığa uyğun deyil. Xüsusilə yuxu rejimində pozğunluq, istirahət etmədiklərini hiss etmək, təklik və motivasiya itkisi kimi hallar müşahidə oluna bilər.

Buna görə də, gününüzü planlaşdırmalısınız. Evdə olduğunuz üçün davamlı olaraq eyni qidaları yeməyin, gündəlik rasionunuzu planlaşdırın və planınıza sadiq qalın. Mümkünsə yataq otağınızda işləməyin.

Sosiallaşmağa davam edin

Ən sərfəli kredit üçün müraciət et

Bu cür zamanlarda insanların böyük problemlərindən biri də heç kimlə sosial münasibət qura bilməmələridir. Ancaq unutmaq olmaz ki, bizdə smartfonlar və internet var. Yalnızlıq hissinin gündəlik həyatınızı doldurmasına imkan verməyin, insanlarla ünsiyyət qurmağa davam edin.

İsmarıc, telefon zəngləri, video konfranslar kimi bir çox fərqli alternativlərdən istifadə sayəsində fiziki cəhətdən bir araya gəlməsək də ən azından əlaqə qura bilirik. Texnologiyanın həddsiz imkanlarından istifadə edin!!!

Mübahisə etməkdən qaçın!

Bəzi insanlar təcrid dövrünü tək başına deyil, ailələri və ya dostları ilə keçirməli olurlar. Bu vəziyyətdə tənhalıq hissinin təsiri azalır, ancaq digər problemlər yarana bilər. Bunlardan biri əlbəttə ki, mübahisələrdir. Belə zamanlarda mübahisə insan gərginliyini daha da artırır. Məsələdən çıxış yolu olaraq, məşq etmək məsləhət görülür. Çünkü, məşq gərginliyi azaldır. Bundan əlavə, ayrı otaqlarda qalmaq problem riskini azaltmağa kömək edir.

Karantin və ya sosial məsafəyə görə ciddi bir zehni problemlə üzləşirsinizsə, mütəxəssislərdən kömək istəməlisiniz. Yuxarıda göstərilən maddələr sadəcə təcrid prosesindən daha asan keçməyiniz üçün nəzərdə tutulan tövsiyyələrdir. 

Özünüz və sevdikləriniz üçün sağlamlığınızı qoruyun!! Biz birlikdə güclüyük!!!

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et